Nazəninə qarşı təxribat [Foto]

"Oradio.az" Axşam.az saytına istinadən verdiyi məlumatına görə, canlı yayımlanan proqramda hamıya məlum olduğu kimi mahnılar canlı şəkildə ifa edilib. 
Ötən gün də Nazəninin verilişdə qonaq olması kifayət qədər maraqla qarşılanıb. İlk dəfə "Sevimli Şou”nun qonağı olan xanım sənətçiyə gələn telefon zəngləri, sənət dostlarının ona dəstəyi də göz qabağında olub. 
Görünür Nazənin canlı ifası, sənət dostların onun sənəti, xanımlığı və ifası barədə xoş söz deməsi, sadə tamaşaçıların hətta media nümayəndələrinin də telefon açaraq onu bəyəndiklərini qeyd etmələri bəzi insanlarda qısqanclığa və paxıllığa səbəb olub. 
Belə ki, hələ veriliş ilk dəqiqələrindən sonra studiyaya telefon açan tamaşaçılardan biri proqramda fonaqram səsləndiyini bildirərək, irad bildirmək istəyibi. Hərçənd verilişin aparıcısı dərhal buna reaksiya bildirərək "Hörmətli tamaşaçı, bu veriliş artıq 3 ildir efirdədir. Bu günə qədər sözügedən proqramda fonaqram səslənməyib, səslənməyəcək də. Bu gün də heç kim fonaqram oxumayıb. Əgər qulağınızda problem varsa, onu həll edin” deyərək tamaşaçıya qeyri obyektiv olduğu üçün ciddi iradını bildirib. Əslində bu telefon zənginin sifarişli olduğu açıq aydın hiss olunurdu. Yəqin, bəzi xanım sənətçilər Nazəninin son dövrlər olan uğurlarını həzm edə bilmirlər. Elə ona görə də bu kimi mənasız və cılız yollara əl atmağa çalışırlar.
Məsələ ilə bağlı müğənninin mətbuat katibi də açıqlama verərək bildirdi ki, bu kimi yollarla müğənnini gözdən salmaq istəyənlərin arzuları ürəklərində qalacaq: 
"Əvvəla biz buna təəccüblənmirik. Çünki verilişin ilk anlarında ora telefon açan tamaşaçı fonaqramla oxumaqda Nazənin xanımı suçladı. Sağ, olsun verilişin aparıcısı. Dərhal reaksiyasını bildirdi. Bir daha bəyan etdi ki, xanım müğənni fonaqramla deyil, canlı şəkildə ifa edir. Qaldı bəzi saytların da yazdığı kimi, "Çıxaq, gedək buralardan” mahınısında Nazənin xanımın çətin duruma düşməsi məsələsinə, bu da müğənninin bəzi həmkarlarının uğursuz sənətçiyə qarşı antitəbliğatı idi. Əslində belə məntiqsiz, əsassız yalan yayanlara yazığımız gəlir. Əgər kiməsə maraqlıdırsa, bir daha verilişi izləyə bilərlər. MY. Video saytında "Sevimli şou”nu tam izləmək mümkündür. İzləyənlər isə bir daha əmin olacaqlar ki, müğənninin ifa zamanı heç bir problemi və çətinliyi olmayıb. Nazənin xanım hər gün el məclislərində olan sənətçidir. Digərləri kimi də, gəlib yarım saat fonaqramla oxuyaraq getmir. "Sevimli Şou”da isə ötən gün sənətçi canlı ifaları ilə əslində proqrama əməlli başlı reytinq gətirdi. Hətta Nazənini izləmək istəyi ilə ora gələnlərin demək olar ki, bir çoxu içəri daxil ola bilmədilər, "Space"nin qapısında qaldılar. Veriliş boyu da tamaşaçıların alqışları, müğənni ilə bir arada rəqs etmələri bir daha onun ifasının qüsursuz olduğundan xəbər verirdi. Nazənin xanım heç vaxt belə xırda və mənasız yalanların təsirinə düşmür. Ona görə də onu sevməyən bəzi həmkarları belə yalanlarla ona güc gələcəklərini düşünməsinlər. Bu o qədər də asan deyil”.
Ötən gün "Sevimli Şou” proqramında baş verənlərlə bağlı elə proqramın aparıcısı Mikayıl Gülləddinoğlu ilə də əlaqə yaratdıq, münasibətini öyrənməyə çalışdıq. Teleaparıcı bu barədə saytımıza bunları dedi: 
"İlk növbədə onu qeyd edim ki, mənim proqramımda fonaqram səslənmir. Ötən gün Nazənin xanımın ifasından sonra studiyaya gələn zəng sözün düzü məni də çox əsəbləşdirdi. Məgər tamaşaçı fonaqramla canlı ifa arasında fərqi hiss etmirki. Nazənin xanım da, veriliş digərə qonaqları da canlı ifa ediblər. Saytlardan birində məlumat gedib ki, güya Nazənin xanım onun ifasında artıq çox sevilən "Çıxaq gedək buralardan”  mahnısını ifa edərkən çətinlik çəkib, nə isə problem yaşayıb. Bu boyda yalan olmaz axı. Veriliş 9 milyon insanın gözü qarşısında efirə gedir. Proqramm boyu Nazənin xanımın nə səsində,nə ifasında heç bir problem olmayıb. Biz onun yanında ola ola, proqramda olan qonaqların heç biri bunü görmədilər, ancaq kimsə bunu hiss edibsə, bu bir qədər gülməli səslənir. Bir az real, obyektiv olmaq lazımdır. Veriliş boyu hamının təsirləndyi məqamlar oldu. Mən şer deyrəkən, müğənni Eldar iaf edərəkən demək olar hamı kövrəlmişdi. Elə nazənin xanım da göz yaşını saxlaya bilmədi. Ancaq səsində problemimin olduğunun şahidi olmadım. Çox rahat şəkildə ifası ilə yadımda qaldı. Sözün düzü, bilmirəm , Nazənin xanımı sevməyən, onun imicinə xələl gətirmək istəyən kimdir? Ancaq verilişə gələn zəngdən də başa düşmək olurdu ki, bu sifarişli zəngdir. Əksinə mən də, verilişə gələn qonaqlar, tamaşaçılar da ötən gün xanım müğənninin ifasından zövq aldılar. Elə müğənnilər var ki, fəxri adları var, ancaq ürək edib "Sevimli şou”ya gələ bilmirlər, ehtiyat edirlər, qorxduqları üçün gəlmirlər. Maşallah Nazənin xanım istər öz repertuarını, istərsə də xalq mahnılarını çox ürəklə, çətinlik çəkmədən ifa etdi. Bir daha qeyd edirəm ki, verilişdə Nazənin xanım heç bir mahnını ifa edərkən çətinlik çəkmədi, əksinə ürəklə, coşqu yaradaraq oxudu”.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla