Günay Musayeva rus mafiasına qarşı

 

"Oradio.az" "Milli.az" saytına istinadən xəbər verir ki, Türkiyədə çalışan model Günay Musayeva Rusiyanın Rusiya1 televiziyasından təklif alıb. Model Rusiyanın tanınmış rejissoru Murad Əliyevin dəvət ilə "Türk tranziti" adlı bədii serialda baş rola çəkilir. 8 bölümlük serialda türk biznesmen qadın Şahnur obrazını canlandıran Günay artıq Rusiyanın paytaxtı Moskvada baş tutan çəkimlərin bir hissəsində iştirak edib. 
Serial rus yazarı Vladimr Qrinkovun "Türk tranziti" bestsellerinin motivləri əsasında çəkilir. Serialın rejissoru Murad Əliyevdir. Serialda tanınmış rus kino aktyorları Yanina, Studilina, Boris Şerbakov, Yuliya Melnikova, Eldar Lebedev, Vladimir Jerebtsov, Larisa Kadoçinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıblar. 
Günay Musayeva Türkiyədə keçirilmiş kastinqdə 380 aktyor arasından seçilib. Serial rus-türk ortaq mafiyasından bəhs edır. Rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn acı hadisələrdən bəhs edir. Günay serialda Şahnur obrazını canlandırır. Şahnur aristokrat bir ailənin gözəl qızı, eynı zamanda qəddar və kinli türk qadınıdır.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla