"Öz gözündə tiri görməyən postmodernistlər" [Köşə]

Aqşin Yenisey, Günel Mövlud, Seymur Baycan

Şəkildə: Aqşin Yenisey, Günel Mövlud, Seymur Baycan (soldan sağa)


Çox dəyər verdiyim dostlarımdan biri - Familin sözü ilə desək Aqşin Yenisey bir "şkola" yaradıb. Bu "şkola" qıraqdan hər kəsə cəlbedici görünə bilər, necə ki, mənə də görünürdü, zamanında. Mən o "şkola"nın yaradıcısını şəxsən yaxından tanıyana qədər. Daima cəmiyyət arasında az görünən, daha çox yazıları ilə kütlənin sevimlisinə çevrilməyə çalışan bu insanı hörmət edib, verilişə (radioya - qonaq qismində) dəvət etdim ki, "direktor"un postmodern fikirlərini daha yaxından tanıyaq və tanıdaq
. Amma bu "içki düşkünü" şəxs, verilişə 1 saat qalmışa qədər gəlirəm deyib, sonra telefonu söndürdü. Bir gün keçəndən sonra, ayılanda isə deyir ki, "dünən yerin məlum çox içdim, düşündüm qalsın sonraya veriliş". Hər zaman pafoslu çıxışlar edən, cəmiyyətdə köklü dəyişikliklərə səbəb olmaq istəyən, bir yenilik gətirmək istəyən insan ən azından öz aşıladığı dəyərlərə ən birinci özü inanmalıdır ki, inandıra da bilsin.
 
Haqqında fikir bildirmək istədiyim gənc yazarlar silsiləsindən 2ci şəxs - Seymur Baycan.
Bir neçə ay əvvəl Nepala səyahət ərəfəsində dostlarımdan biri sözügedən yazarın "Quqark" adlı kitabını mənə hədiyyə etdi ki, yolda darıxmayım. Bu kitabı uçuş zamanı oxudum. Redaktor üzünə həsrət qalmış 
yazı başdan-başa hərf səhvləri ilə dolu idi, bütün sətrdən sətrə keçmələr səhv idi. Gəlirəm yazının özünə: hər bir abzas özündən əvvəlki abzasın təkrarı ilə başlayırdı və bu bir oxucu kimi məni həm yorur, həm də "oxucuya qarşı hörmətsizlik" fikirlərinə düşməyimə səbəb olurdu. Çünki bir oxucu kimi mən özümü "küt" hesab etmirəm ki, yazılan fikrin əvvəlki hansı mövzuyla əlaqəli olduğunu ayırd edə bilməyim.  Əl-qərəz, Bakıya qayıdandan sonra, onu daimi məkanında (həmişə əşləşdiyi kafelərdən birində) dostları ilə çay içən gördüm. Yaxınlaşıb salam verdim və özümü təqdim etdim. Fikirlərimi söyləməyə başlamışdım ki, mənə cavabı belə oldu: "qadası, bura yeri deyileeee". (Şərhsiz)
 
Gəlirəm Günel Mövluda.
Bu "yazar" vaxtilə yazdığı bir manşetlə: "Rayon yerlərində qəzetlər 2 halda satılır": 
- ya üstündə lüt qız şəkli olanda;
- ya da tualetdə kağız bitəndə.
Yazıda başqa mənasız və yersiz ifrata varan subyektiv fikirlər vardı. 25 il boyunca davamlı şəkildə
 25 gündən çox rayon üzü görməsəm də, özümü şəhər siçanı hesab etmirəm, köklərimin rayona bağlı olduğunu danmıram və bu yazı "rayon camaatına" qarşı edilmiş bir təhqir formasında mənə çox pis təsir etdi. Redaksiyadan onun emailini tapıb (o zamanlar o insan facebook barədə xəbərsiz olduğundan işlətmirdi böyük ehtimal ki) iradlarımı yazdım və bir neçə gündən sonra mənə cavab gəldi: "Xoşun gəlmir oxuma" (Şərhsiz).
 
Azərbaycan cəmiyyətində çox qısa zaman ərzində populyarlaşmaq üçün bu yazı üslubunu seçmək ağıllı bir fikirdi. Amma daha da ağıllı olani isə onu əvvəlcə dərk etməkdir...
 
Vaqif Hüseynov (Dj EnigmatiC)
 


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla