Məcnun Kərimov dünyasını dəyişdi

 

"Oradio.az" APA Tv-yə istinadən xəbər verir ki, Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri” şöbəsini bitirib. 
1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 
Məcnun Kərimov 1996-cı ildə "Qədim musiqi alətləri” dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub. M. Kərimovla vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilib. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunub. 1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri” (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir. 
1998-ci ildən Bakı Musiqi Akademiyası "Xalq çalğı alətləri” kafedrasının dosenti idi. Qeyd edimki Məcnun Kərimov Azərbaycan mədəniyyətində böyük iz qoymuş şəxsiyyətlərdən biri olub. Məcnun Kərimovun vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk. 
Allah rəhmət eləsin! Ruhu şad olsun.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla