"Azan" sədaları altında oriental oynadılar

 "Oradio.az" Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Çarlinin mələkləri” filminin televiziyada yayımı zamanı maraqlı hadisə yaşanıb. 

Belə ki, film "Star TV”-də nümayiş olunan zaman televiziyalara nəzarət edən orqanlardan xəbərdarlıq gəlib. 
Belə ki, filmdə qızların rəqs etdikləri zaman azan verildiyi vaxtla üst-üstə düşürmüş. 
Qızların oriyental rəqs etməkləri, açıq-saçıq geyimləri, eləcə də məkandakı insanların əlində içki şüşəsinin olması, üstəlik bütün bunların azan verilən zaman lentə alındığı üçün musiqyə qarışması orqan tərəfindən yaxşı qarşılanmayıb və filmin yayımı saxlanılıb. 
"Azan oriyental rəqsi musiqisnin bir parçası halına gəlib. İnsanların inandığı dəyərlər təhqir edilib. Müsəlmanlar üçün müqəddəs sayılan azanın bir rəqs musiqisi ilə birgə istifadə olunması qadağandır”. Qanunda "Toplumun milli və mənəvi dəyələrini heçə saymaq” maddəsinə görə, "Star Tv”-yə xəbərdarlıq cəzası verilib. 
Bu halın bir də təkrarlanacağı təqdirdə pul cəzası tətbiq ediləcəyi söylənilib.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla