Oradio Haqqında

ORadio.az - İnternet Radiosu 7 Oktyabr, 2011-ci ildə çox kiçik bir studiya ilə fəaliyyətə başlasa da, hal-hazırda nəin ki Azərbaycan internet məkanında, hətta dünya ölkələrində də dinlənən bir radioya çevrilib. Dünya Azərbaycanlılarının gündəlik sevə-sevə dinlədiyi bu Radio onlara qürbətdə Vətən həsrətini unutdurmağa çalışır. Radionun əsas prinsipi - bayağı musiqi və verilişlərdən kənar olub, dinləyicilərə zövqlü xidmət göstərməkdir. Radionun devizində söyləndiyi kimi: "Aznetdə yeni səs, yeni nəfəs" artıq yaranıb. Siz də o nəfəsi hiss etmək üçün, bu səsi dinləyin...

Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla