İçkili insanların beyni yemək iyinə daha giperaktiv olur

   

"Oradio.az" Atv.az-a istinadən bildirir ki, bir çox insanlar spirtli içki içdikdən sonra aclıq hissi duyur. İndiana Universitetinin alimləri bunun səbəbini araşdırmaq üçün təcrübə keçirib. Təcrübədə 35 qadın iştirak edib. Yeməkdən sonra iştrakçıların bədəninə spirtli maddə vurulub. Maddə vurulduqdan sonra iştirakçıların beyini skan edilib və nahar etmək təklif olunub. Nəticədə bədəninə spirtli maddə vurulan iştirakçıların digərlərindən daha çox qidalandığı aşkarlanıb. Digər tərəfdən içkili xanımlar yemək ətirinə digər ətirlərdən daha çox reaksiya veriblər. Bununla da alimlər içkinin insanların beyninin yemək iyinə daha giperaktiv olduğunu təsdiq ediblər.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla