Azərbaycan əhalisinin sayı açıqlandı

 

  "Oradio.az"ın Axşam.az-a istinadən verdiyi məlumata görə, Dövlət Statistika Komitəsi 11 iyul – Ümumdünya əhali günü ilə əlaqədar Azərbaycan əhalisinin sayını açıqlayıb.

    Komitədən verilən xəbərə görə,  ilin əvvəlindən ölkə əhalisinin sayı 43,3 min nəfər və ya 0,5% artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9 milyon 636,3 min nəfərə çatıb.

    Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

    Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir.

    Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır.




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla