Ağalarovların keçirəcəyi müsabiqədə qalmaqal

Emin Agalarov

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu yaxınlarda müsabiqənin başqa ölkəyə keçirilməsi ilə bağlı 20 mindən çox insanın imzaladığı petisiyaya cavab olaraq Miss Universe Organisation-ın nümayəndələri bəyan etmişdilər ki, iyunda Rusiya Dövlət Duması tərəfindən gey-təbliğatın qadağan edilməsi bağlı qanun layihəsinin qəbul edilməsi müsabiqənin əsas prinsiplərinə ziddir. Eyni zamanda müsabiqəni başqa ölkəyə də keçirmək istəmirlər. 

Müsabiqənin keçiriləcəyi "Krokus Siti Holl"dan isə bildirilib ki, hazırda aktiv hazırlıq işləri gedir, müsabiqənin başqa ölkədə keçirilməsi məsələsi ilə məşğul olmağa isə sadəcə vaxt yoxdur. Bir müddət əvvəl tədbirin aparıcı olacağı planlaşdırılan amerikalı şoumen Endri Koen Rusiyada homoseksuallara qarşı qəbul edilən qərara etiraz olaraq müsabiqəni boykot etməyə çağırmışdı. O, yeni qanunla həbs olunacağını və bu səbəbdən Rusiyaya getmək istəmədiyini bildirmişdi. Hazırda Moskvada keçiriləcək müsabiqədə kimin aparıcı qismində iştirak edəcəyi məlum deyil.

Qeyd edək ki, müsabiqənin Rusiyada keçirilməsinin təşəbbüskarları "Korkus Siti"nin sahibləri Araz və Emin Ağalarovlardır. Bununla bağlı bir müddət əvvəl müsabiqənin təşkilatçısı Donald Trampla razılıq əldə olunmuş və təbliğat işlərinə strat verilmişdi.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla