Mətanət İsgəndərli: "İntihar etmək istədim..."

Metanet Isgenderli

Əməkdar artist Mətanət İsgəndərli bəzən məşhurluqdan bezdiyini etiraf edib.Axşam.az-ın məlumatına görə, müğənni "Atv maqazin" dərgisinə müsahibəsində ucqar bir kənddə yaşamaq istədiyini deyib:"Məşhurluqdan bezdiyim anlar o qədər olur ki... Bir dəfə ucqar kəndə getmişdim. Çörək bişirən xanım gördüm, elə həsəd apardım ki... Onun yerində olmaq istədim.Haqqımda deyilən böhtanlar, yazılan söz-söhbətlər məni çox yorub. İntihar etmək istədiyim anlarda olub. Amma ürəyimdəki Allah sevgisi və xofu məni bu addımı atmaqdan çəkindirib. İndi elə istərdim ki, mənzərəli ucqar bir kəndə gedib, orada yaşayım. Saray yox, taxtadan daxmam olsun, nəvəm də yanımda... Oğlum da, qızım da darıxanda məni görməyə gəlsinlər. Dinc başım, dinc qulağım".


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla