Zirəddin Rzayev şeytana xidmət edir

"Tarixdə hələ bu vaxta qədər bir nəfər də olsun ateist baxıcı olmayıb. Dinindən asılı olmayaraq, bütün baxıcılar din pərdəsi arxasında gizlənən fürsəttələb yalançılar olub. Özünü ekstrasens adlandıran Zirəddin də onlardan biridir". Bu barədə anspress-ə açıqlamasında tanınmış ilahiyyatçı, İsmayıl Əhmədov Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev haqqında bildirib.

İsmayıl Əhmədovun sözlərinə görə, "Facebook" səhifəsində Zirəddin Rzayev haqqında tənqidi matreallar paylaşmasının səbəbi tanınmış ekstrasensin iç üzünü açmaqdır. İsmayıl Əhmədov deyir ki, Zirəddin Rzayev konkret olaraq şeytana xidmət edir.

"Baxmayaraq ki, özünü dindar kimi təqdim edir, amma o, din adı altında camaatı aldadır. Deyir ki, Yaponiyada, Amerikada zəlzələ olacaq. Orada həmişə yeraltı təkanlar olur da. Əgər nəsə bilirsə, Qarabağ münaqişəsindən desin. Belələri "Qurani-Kərim"də lənətlənir. Əgər öz doğruluğunu sübut etmək istəyirsə, gəlsin, istədiyi verilişdə, elə anspress-də üzbəüz söhbətləşək. Onun yalançı olduğunu sübut edim", - deyə İ.Əhmədov bildirib.

İsmayıl Əhmədov tanınmış ekstrasensin yalançı olduğu barədə əlində sübutlar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, sübutlardan biri də, Zirəddin Rzayevin bir neçə il bundan əvvəl avtomobil qəzasına düşməsidir: "Əgər biliciydisə, həmin qəzaya düşməmək üçün avtomobilə minməzdi. Onun qəlbini qara qüvvələr bağlayıb".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla