İzzət Bağırov: "Sözüm çəpləşər, boynuma külli miqdarda təzminat qoyarlar"

"Oradio.az" axşam.az-a istinadən xəbər verirki sənətçi "Xəzər" telekanalında yayımlanan "Telemaqazin" verilişinə açıqlamasında bir çox müğənnilər üçün nümunə olduğunu iddia edib:
"Azərbaycanda ilk sırf türk ləhcəsi, orkestrı ilə mahnı oxuyan sənətçi mən olmuşam. Düzdür, bir çox müğənnilər türk mahnıları oxuyurlar, amma mənim kimisi yoxdur. Əvvəllər bir çox türk verilişlərinə dəvət almışdım. Hətta Mətin Şəntürk, Pınar Dilşəkərin qonağı olmuşam. Hətta Türkiyədə bir şirkətdən albom təklifi də almışdım. Düşündüm ki, heç kimin əmri ilə işləyə bilmərəm. Sözüm çəpləşər, boynuma külli miqdarda təzminat qoyarlar. Ona görə də imtina etdim.
Bir vaxtlar saçımda tağ ayırmağa üstünlük veridim, üzümdə tük saxlayırdım. İndi bir çoxları bu dəbdən istifadə edir. İllərdir etdiklərim öz aktuallığını həmişə qoruyub".
İzzət solo konsertə hazırlaşdığını da deyib:
"Beş ildir ara vermişəm. Amma gələn il martda mütləq konsert keçirəcəm. On il mütəmadi solo konsert verdim, bəhrəsini də gördüm. Bu ənənəyə yenidən başlayacam".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla