Səidə Sultan: "Məndən əl çəkin"

Axşam.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, ANS telekanalında yayımlanan "İncə maraqlar" verlişində qonaq qismində iştirak edən gənc ifaçı Səidə geyimi haqqında danışılanda əsəbləşdiyini bildirdi.
"Lap canlı yayımda olsam belə hirsimdən partlayıram, istiyirəm qışqırım ki, nə istəyirsiz məndən? Əl çəkin də", - deyə Səidə Sultan bildirib.
Müğənni daha sonra vurğulayıb ki, artıq çəkisi olmadığından açıq-saçıq geyimlər ona yaraşır. Belə formada libasları əynində daşımağı bacarır.
"Heç küçədə gəzən adi qızlarımız belə geyinəndə bu qədər qınamırlar. Məndən nə istəyirlər bilmirəm. İstəyirəm ki, hər kəs məni olduğum kimi qəbul etsin, belə sevsinlər", - deyə müğənni sözlərinə yekun vurub.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla