Röya: "Mən Günayı çox sevirəm" küsülü məşhurlar barışdı

"Oradio.az"ın axşam.az saytına istinadən verdiyi məlumatına görə, sənətçi küsülü olduğu deyilən gənc ifaçı Günay İbrahimlinin ünvanına təriflər yağdırıb. 
O, "Onlar" verilişinə açıqlamasında Günaya dəstək olacağını bildirib:
"Mənə kiminsə dəvəti lazım deyil. Özüm əvvəlcədən Kənana (red.-prodüseri) demişdim ki, yaxşı yerdən bilet alarsan, gedib o qıza qulaq asacam. Ona göndərdiyim çiçək dəstəsi isə simvolik idi. Günayı izləmək istəyirdim, xoşum gəlir ondan. Dedim baxım görüm nəyə qadirdir? Amma iş elə gətirdi ki, gecəyə qatıla bilmədim. 
Mən Günaya həmişə dəstək olacam. Allah mənə dəstəkdir, kiməm ki, başqasına bu addımı atmayım?
Deyirlər, ətrafda haqqımızda söz-söhbətlər gəzir. Amma çox şükür ki, onları eşitmirəm".
"Birlikdə duet oxuyacaqsınız?" sualına isə Röya "Niyədə olmasın?" deyə cavab verib.
Röyanı mərd bir xanım kimi tanıdığını deyən Günay İbrahimli ona heyranlığını etiraf edib:
"Arada söz-aparıb-gətirənlər çoxdur. Belə şayiələrə fikir vermirəm. Mən Röyanı çox sevirəm, mərddir. Onunla duet alınsa, çox sevinərəm".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla