Firəngiz Mütəllimova əməliyyat olunub

Show.az bildirir ki,Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova bu gün mətbuat konfransı keçirib. 
Tez-tez baş ağrıları olan aktrisa bildirib ki, ilkin müayinədən sonra həkimlər ona əməliyyatın vacib olduğunu deyiblər. 
Əməliyyatdan isə yalnız bacısı Nərgiz Mütəllimovanın xəbəri olub. Aktrisanın başında kəskin ağrılar olub. 
"Bacım Nərgizlə Türkiyəyə getdik. Orada Hakan Oruckapdanla görüşdüm. O, da əməliyyatın vacib olduğunu söylədi. Əməliyyat geciksəydi, iflic ola bilərdim. Mənə şüadan uzaq durmağımın lazım olduğunu söylədilər. Ona görə hətta ev telefonumu da söndürmüşəm" deyə aktrisa bildirib. 
5 saat əməliyyat olunan aktrisa bunu gizli saxlamağı məsləhət bilib. Səbəb isə belə bir ağır əməliyyatı qardaşının bilməməsini istəyib. 
Əks halda onun həyəcanlanması səhhətinə mənfi təsir edəcəkdi. 
Xalq artisti əməliyyatdan olan şəkillərini sosial şəbəkdə paylaşaraq həkimi və müalicə olunduğu xəstəxananın adını yazıb.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla