Elza: "Müğənnilər məni təkrarlamaqdan yorulmurlar"

 

"Oradio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, aparıcının həmin telekanalda yayımlanan "Günə baxan" verilişində dediyi "Elzaya stilist lazım deyil, onsuz da özünü istədiyi günə qoyur" sözlərinə E.Seyidcahan da cavabsız qalmayıb. 
Özünü ən zövqlü sənətçi adlandıran əməkdar artist həmkarlarını onu yamsılamaqda günahlandırıb: "Hər zaman fərqli stillərimlə diqqət çəkmişəm. Elnarənin fikri ilə yaxşı mənada razıyam. Mənim zövqüm daha yüksəkdir. Evdən öz seçimimlə geyinib çıxanda hamı deyir ki, özün daha zövqlüsən. Hətta stilistlər də mənimlə işləməkdən zövq alırlar. Çünki istədikləri obraz məndə rahat əks olunur. İndi səhnədə çoxları bahalı geyimlərə üstünlük verir. Amma başa düşmürlər ki, insanın gərək ruhu geyimini tamamlasın. Şou-biznesdə çox sənətçi məndən nəsə götürür. Həm geyimimdən, həm mahnılarımdan oğurluqlar edirlər. Yaxşı olardı ki, bunu etiraf etməyi də bacaraydılar. Hər bir müğənninin yanında stilisti olmalıdır. İşlədiyim insanlardan isə çox razıyam.
Hətta bu yaxınlarda bir neçə sənətçi mənim işlədiyim rejissora müraciət edərək ondan klip istəyib. Özüdə mənə çəkilən ekran işinə bənzəməsini tələb edib. 
Qeyri-adi klip yarada bilərlər, amma mənim kimi mənalı iş ortaya qoymaq çətindir. Məqsədsiz özünü mənə oxşatmaq gülüncdür. Məni təkrarlamaqdan yorulmurlar".


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla