Aygün Kazımovaya "Hürrəm sultan" təklifi

"Oradio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, müğənni bir neçə il öncə Türkiyənin "Star TV" kanalında yayımlanan "Muhteşem yüzyıl" serialına çəkilmək üçün təklif alıb. Serial hələ yayıma başlamamışdan Hürrəm Sultan obrazı məhz Aygün Kazımovaya təklif olunub. Təklif "STAR TV"nin rəhbərliyi tərəfindən gəlib. Belə ki, kanalın o vaxtkı rəhbəri Faruk Bayhan Aygün Kazımova və onun eks-meneceri, "Best Model of the World" yarışmasının prezidenti Erkan Özərman ilə bu rol barədə danışıqlar aparıb. Hətta sənətçinin ekran işi üçün geyimlərini azərbaycanlı modelyer Leyla Əhmədova hazırlayacaqmış. İşbirliyinin alınmamasına səbəb isə filmin "Star TV" ilə anlaşmasının baş tutmaması olub. Belə ki, serial ilk olaraq "Show TV" tərəfindən çəkilməyə başlayıb. 
Xəbəri Aygün Kazımova özü də təsdiqləyib. O, həmin ərəfədə bu barədə mətbuata açıqlama verdiyini bildirib.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla