Mətanət bacısının intihar etməsindən danışdı

"Oradio.az" "Mövqe.az"-a istinadən xəbər verir ki, bu barədə ağlaya-ağlaya açıqlama verən müğənni Mətanət Əsədova xəbəri təsdiqləyib: 
"Çox pisəm. Bu barədə danışmaq mənim üçün çox ağırdır. Bu itkini gözləmirdim. İstəmirəm, yer üzündə bir gül belə məndən incisin. İndi danışmaq istəmirəm. Allah ona  rəhmət etsin". Bir həftə əvvəl Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular. Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar. Dindirmə zamanı Əsədova Göyçay rayonundan olan müğənni Mətanət Əsədovanın bacısı olduğunu bildirib. Məlumata görə, Nurlanə Əsədovanın qohumlarına təhvil veriləcək 11 yaşlı oğlu qalıb. Faktla bağlı araşdırma davam edir.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla