Elza Seyidcahan Röyaya cavab verdi

"Oradio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, sənətçinin fotosunun altından müğənni Röyanın yazdığı "Yaxşı mənada əsl dəlilikdir" sözlərə qarşı tərəfdən cavab gəlib. Elza Seyidcahan sosial şəbəkədə yazdığı rəylə heç kimə rahatlıq verməyəcəyini bildirib: "Başımın üstündən keçib bir iş görə bilməzsiniz. Çünki hər zaman başım üzərində sənətkarların sənət əsərlərini gəzdirirəm. Və bu hər zaman belə olacaq. Sizə rahatlıq verməyəcəm. Uğurlu iş sağlam rəqabətdən yaranır. Ardımca, haydı."
Elza Seyidcahanın dünən qeyri-adi saç düzümü ilə sosial şəbəkədə paylaşdığı fotoya müğənni Röya "Bu, dəlilikdir" deyə rəy yazıb.
E. Seyidcahan isə Axşam.az-ın müxbiri ilə söhbətdə bildirib ki, bu sözü yaxşı mənada qəbul edir: "Hər dahidə bir dəlilik var. Bu səbəbdən "dəlilik" sözünü yaxşı mənada qəbul edirəm. Həmçinin onu da deyim ki, bu sözləri Röya yazıb. Çünki onun leksikonuna bələdəm. Sonra deməsin ki, o sözləri yazan özü deyil. Bu şəkldə yazdığım o sözlərin fəlsəfəsini izzah edir".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla