Habil Əliyev: "Onun arvadı yəqin hələ qoç görməyib"

Əməkdar artist Nazim Ağayev Modern-ə müsahibəsində xalq artisti, kamança ifaçısı Habil Əliyevin ünvanına ağır ittihamlar səsləndirib. Hətta Habil Əliyevdən zəhləsi getdiyini belə vurğulayıb. 
Hətta N.Ağayevin həyat yoldaşı Şərəbanu xanım da ona dəstək olaraq "İki qoçun başı bir qazanda qaynamaz", - deyə bildirib. 
Xalq artisti Habil Əliyev AzNews.az-a açıqlamasında Nazim Ağayevin onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib: "Sən Allah? Bəs, yazmır ki, məndən zəhləsi niyə gedir? Nələr danışırlar? Yazıq millət... Mənim siyahımda belə insanlar yoxdur. Başlarını belə işlərə niyə soxurlar? Nəyə əsaslanıb danışırlar? O, kimdir, nəçidir? Yatsam, yadıma düşən adam deyil. Sən nə işinə baxırsan? Adamı vurub öldürərlər. 
Amma ölən gərək adam olsun. Onun arvadı yəqin hələ qoç görməyib. Qoç necə olur, bilmir. Bəxtəvərin arvadına bax ey... Nazimi bircə nəfər adam bəyənər. O da onun arvadı olar. Böyük şeydir, əgər onu bəyənibsə". 
H.Əliyevin həyat yoldaşı da məsələyə münasibət bildirib: "59 ildə bir dəfə Habilin dilinə Nazim adlı insanın adı gəlməyib. Bircə faktdan savayı. 5-6 il bundan əvvəl həmin o Nazim Habil müəllimə yalvarıb, xahiş edib ki, nə olar, şikəst oğlum var, dolana bilmirəm, dava-dərmanı var, ala bilmirəm mənə pensiya almaqda kömək ol. Habil müəllim də onun şikəst balasını nəzərə alıb, ona pensiya düzəltdirdi. Yəqin bu da Habilin yaxşılığıdır. Adam da belə hərəkət edər? Habilin o adamla heç bir əlaqəsi yoxdur. Bəyəm Habil sənin tayın-tuşundur?"

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla