"Qızım lezbiyanam deyərsə təəccüblənmərəm" (FOTO)

Türkiyəli müğənni Hülya Avşar və iş adamı Kaya Çilingiroğlunun qızları Zəhra Çilingiroğlu bu dəfə də fotoları ilə medianın gündəmini zəbt edib.
Oradio-nun verdiyi məlumata görə, H. Avşarın qızı Zəhra, dostları ilə birlikdə tətilə yollanıb. Bir qrup gəncin toplandığı və aralarında sevgilisinin də olduğu iddia edilən komanda ilə Alaçatıya gedən gənc xanım otelə çatar-çatmaz əşyalaranı yerləşdirərək, çimərliyə yollanıb. Şəhərdən baş götürüb qaçan Zəhra burada da paparazzilərin hədəfinə tuş gəlib. İfaçının qızı istirahətini dənizdə çimmək və günəş vannası qəbul etməklə başlayıb. 
Qeyd edək ki, Hülya Avşar ötən gün müsahibələrindən birində qızından danışaraq bunları bildirib: "Zəhra "lezbiyanam" deyərsə, təəccüblənmərəm. Övladımdır, başımın üzərində yeri var. Heç qəribə gəlməz mənə, hadisəni böyüdəcəyimi düşünmürəm".
 

 

 

 

 


 

 


 


 


 




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla