Demet Akalından sərt mesaj

Türkiyənin məşhur müğənnisi Demet Akalın marağa səbəb olan açıqlama edib.

Oradio-nun verdiyi məlumata görə, yaşayış tərzini tənqid edənlərin özünü qısqandığını deyən müğənni, həyatının örnək alınmalı olduğunu bildirib:

"Mən çox kiçik bir yerdən gəldim. Zamanında böyük mədəniyyətsizlik etdim. Ancaq bir anda kim o qədər pul qazanmağa başlasa edərdi. Tənqid olunacaq deyil, örnək alınmalı həyatım var. 80 lirəyə gül satan qız idim mən. İndi belə duruşuma baxmayın. O zaman sakit biri idim. Okan Kurt, "Sənin kimi qırılqan biri necə o qədər insanların qarşısında mahnı oxuya bilir?" sualını verir. Bəzən həyatda böyük rikslər almaq lazımdır. Əlbəttə Allah da "irəli get qulum" deməsə, o şans qapılarını açmadan olmaz. Bəzən həqiqətən xəyal etmədiyim həyatı yaşadığımın fərqində oluram. Ya keçmişdə çox böyük yaxşılıq etdim, ya da Allahın sevgili quluyam".

 
 


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla