EZO bu dəfə QALMAQALLA gündəmdə

Rafet El Romanın duet ortağı Ezo

Milli.Az xəbər verir ki, Rafet El Romanla "Kalbine sürgün" mahnısını duet oxuduqdan sonra ulduzu parlayan azərbaycanlı müğənni Ezo Gencbarəsində biri-birindən inandırıcı şayiələr yayılmaqdadır. 

Türk mediası onu yeni ulduz kimi tanıtmağa davam etsə də, bəzi yerli saytlarımızda əsl adı Səadət olan bu xanımın keçmişi müzakirə mövzusuna çevrilib.

Ezonun meneceri, tanınmış təşkilatçı Nahid Emiloğlu açıqlama edib, çalışdığı müğənninin müdafiəsinə qalxdı:

- Kimlərsə Ezonun qara piarını aparıb, onu gözdən salmaq istəyirlər. Yazırlar ki, o, Səadət olduğu vaxtlarda adi toy müğənnisi olub. Burada qəribə olan nədir? 

Hansı müğənnimiz toy oxumayıb ki? Ezo təxəllüsünə gəlincə, bəli bu bizim ortaq qərarımız oldu ki, səhnə adı fərqli olsun. Hələ 5 il bundan əvvəl türkiyəli gitaraçı Ahmet Akyolu Bakıya dəvət etmişdik, o, Ezonun türk dilində sərbəst mahnılar oxumasına kömək etsin. 

Azərbaycana bağlılığı ilə seçilən həmyerlimizi gözdən salmaq istəyənlər, görəsən, nəyə nail olmaq istəyirlər? Rafet El Romanla istər konsert, istərsə də televiziya proqramlarındakı çıxışlarında o, korifey bəstəkarlarımızın ölməz əsərlərini oxuyub, musiqilərimizin zənginliyindən danışır.

Ən son çıxışı Kral TV-də yayımlanan "Mehmetin gezegeni" verilişində oldu. 

Orada da Ezo ampluasına sadiq qalıb, musiqilərimizdən ürəkdolusu danışdı, oxudu,  Rafet də ona "favoritimdir" deməkdən çəkinmədi. 

Üzümü jurnalistlərə tutub deyirəm ki, öz müğənnimizin uğurlarına kölgə salmayaq.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla