Mənim Məryəm Üzərlinin şəxsi həyatına girməyə haqqım yoxdu

Möhtəşəm Yüzyılın Sultanı Məryəm Üzərlinin sevgilisi Can Ateşten uşaq dünyaya gətirəcəyini və atasız uşaq böyüdəcəyini dediyinin ardından, köhnə rol yoldaşı Nebahat Çehrenin "Uşaq istəməyən adam zorla ata edilməz, məncə Məryəm səhv yoldadır" dediyi iddia edilmişdi. Nebahat Çehre verdiyi müsahibədə belə bir söz demədiyini açıqladı. Məryəm Üzərli və Can Atəşin tam olaraq şəxsən tanış etmədiyini söyləyən Çehre Uzerli ilə Atəşin tanış olma hekayəsini danışdı.
Mən Canı çox tanımıram. Müştərək yoldaşlarımız vəsiləsiylə tanış olduq. İki dəfə eyni qrupda gəzdik, yemək yedik. Can oturuşunu, danışığını hər zaman bilən bir adamdır. Bildiyim qədərilə pis bir uşaq deyil. Canın da olduğu yoldaş qrupumuzla yenə yeməyə çıxırdıq. Məryəm də burada qonağımız olurdu. Çox çalışır, çox sıxılırdı. "Məryəm mən yoldaşlarımla yeməyə gedirəm, sən də gəlmək istərsənmi? "dedim, " gələrəm" dedi. Həmişə birlikdə yeməyə gedirdik. Mən tez yatan bir qadınam. 11 tamamda " Məryəm, gedək" dedim. "Çox gözəl keçir, mən bir az daha qala bilər bilərəmmi?" dedi. Qrupdakılar çox güvəndiyim insanlardır. "Təbii ki" dedim. Sabahı gün öyrəndim ki, Məryəmlə Canın o gecə bir-birilərindən xoşları gəlib. Ancaq sonra da Canın Məryəmə faydalı ola biləcəyini düşündüm. Təmiz bir insandır, yaxşı bir ətrafı var Məryəmə arxa gələr deyə düşündüm. Məryəmə də, zaman-zaman: "necə gedir?" deyə soruşurdum. "Çox yaxşı, çox xoşbəxtəm" deyirdi.
Məryəm Avropa şərtlərində böyümüş bir qadın olaraq, iş saatlarından narazı idi. Sonrasını mən də sizin kimi qəzetlərdən oxudum. Aişə Armanın müsahibəsini oxudum. Sonra mənə "Siz tanış etmisiniz, nə düşünürsünüz" deyə soruşdular. Mən atamı kiçik yaşda itirdim. Buna görə köhnədən bəri uşaq ana-atayla böyüməlidir kimi bir düşüncəm var. Buna görə ilk evliliyimdə uşaq dünyaya gətirmədim. Bu müsahibədən də belə bir nəticə çıxarıblar ki, mənim Məryəmin həyatına girmək haqqım yoxdur ki, belə bir söz deyim. İkisinin arasında olan bir hadisədir.
 
Bədəlov Röyal

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla