Çağatay Ulusoyun yeni sevgilisi Gizem Karaca həbs oluna bilər

Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  məşhur oyunçular Çağatay Ulusoy, Gizem Karaca, Yusuf Hasan Akgün və Aişə Selin Boronkay, müğənni Cenk Eren haqqında "narkotik təmin etmək" maddəsi ilə hazırlanan iddianamə qəbul edilib. Prokuror Abdullah Mirze Coşkun tərəfindən hazırlanan 149 səhifəlik iddianamədə 4-ü məhbus olmaqla 34 şübhəli şəxs iştirak edir. İddianamədə Çağatay Ulusoy 33 nömrəli, Gizem Karaca isə 34 nömrəli şübhəli olaraq göstərilib.
İddianamədə Çağatay Ulusoy Onur Tezer adlı şəxsdən narkotik alaraq Hüseyn Orçun Benlinin evinə apararaq aktrisa ilə orada narkotik maddə istifadə etdikləri bildirilir. 
Şübhəlilər önümüzdəki günlərdə İstanbul 16. Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla