Demet Akalının Bakıya gəlməyəcəyi dəqiqləşdi

 

"Oradio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, 5 aylıq hamilə olan sənətçi həkimin məsləhəti ilə dikdaban ayaqqabısından və hazırladığı yeni rəqsindən vaz keçib. Səhnəyə həmkarı Gökhan Özanı dəvət edən Dəmət onunla birlikdə mahnılar oxuyub. Daha sonra müğənni həkiminin ona təyyarəyə minmə qadağası qoyduğunu və bu səbəbdən uzaq yerlərdəki konsertlərini təxirə saldığını deyib. Konsertlər arasında Akalının Avropa turu və Bakıdakı proqramları da yer alıb. Sənətçi bu çıxışlarından qazanacağı 410 min lirəsindən məcburi imtina etməli olub. 
, "Govkhar group"un təşkilatçılığı ilə müğənninin sentyabrda Bakıda baş tutmalı olan konsertinin tarixi dəyişdirilərək yeni il ərəfəsinə təyin edilmişdi. 

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla