Fatih Terim barədə maraqlı iddia

Fatih Terim

Belə ki, TFF-nin sabiq rəsmilərindən olan Göksəl Gümüşdağ 59 yaşlı mütəxəssislə klubun bazasında görüşərək yığmaya keçid məsələsini müzakirə edib. Terim isə cavabında "Qalatasaray"ı əsla tərk etməyəcəyini, amma lazım gələrsə, həm millini, həm də hazırkı komandasını çalışdıra biləcəyini deyib. Federasiya rəsmilərinin bu cavabdan sonra Terimlə rəsmi olaraq görüşəcəyi deyilir.

Qeyd edək ki, hazırda Türkiyə milli komandasında baş məşqçilik vəzifəsini Abdullah Avcı icra edir. Yığmanın Avcı rəhbərliyi altında uğursuz nəticələr qazanmasından sonra onun vəzifəsindən göndəriləcəyi və bura əvvəllər də millidə baş məşqçi olmuş Terimin gətiriləcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb. 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla