İngiltərə çempionatı: "Şəhərlilər" qonaqlarını darmadağın elədilər

Futbol

"Liverpool" "Stoke City" üzərində minimal hesablı qələbəyə sevinib. "Arsenal" evdə "Aston Villa"ya uduzub. "Norwich" "Everton"la xalları yarı bölübsə, "Sunderland" evdə "Fulham"ə uduzub. "West Bromwich" də "Southampton"la ev oyununda məğlubiyyətə üzülüb. "West Ham" "Cardiff"i məğlub yola salarkən, "Manchester United" də səfərdə "Swansea" üzərində darmadağına sevinib.
 
İkinci oyun günündə "Crystal Palace" ilə qarşılaşan "Tottenham" minimal hesablı qələbəyə sevinib. "Chelsea" də "Hull City" ilə dueldən qalib ayrılıb.
 
Turun qapanış matçında "Manchester City" "Newcastle" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin asan qələbəsi ilə başa çatıb.
 
İngiltərə Premyer Liqası
1-ci tur
17 avqust
 
Liverpool – Stoke City – 1:0
Qol: Sturric, 37.
 
Arsenal - Aston Villa – 1:3
Qollar: Jiru, 6 – Benteke, 22; 62-pen, Luna, 85.
 
Norwich – Everton – 2:2
Qollar: Vittaker, 51, Volksvinkel, 71 – Berkli, 61, Koleman, 65.
 
Sunderland – Fulham – 0:1
Qol: Kaşami, 52.
 
West Bromwich – Southampton – 0:1
Qol: Lambert, 90.
 
West Ham – Cardiff – 2:0
Qollar: C.Kol, 13, Nolan, 76.
 
Swansea - Manchester United – 1:4
Qollar: Vilfred, 82 – Van Persi, 34; 72, Uelbek, 36; 90.
 
18 avqust
 
Crystal Palace – Tottenham - 0:1
Qol: Soldado, 50-pen.
 
Chelsea – Hull City - 2:0
Qollar: Oskar, 13, Lampard, 25.
 
19 avqust
 
Manchester City - Newcastle - 4:0
Qollar: D.Silva, 6, Aquero, 22, Y.Ture, 50, Nasri, 74


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla