Yeni səsin daimi nəfəsi [Foto]

Bu gün "ORadio.az" saytının və Radiosunun təsisçisi və rəhbəri Vaqif Hüseynovun doğum günüdür.

Vaqif Hüseynov haqqında qısa məlumat: Hüseynov Vaqif Şakir oğlu 25 il öncə Bakı şəhərində dünyaya gəlib.

1994-cü ildə 228 saylı orta məktəbə daxil olub və tam 11 il sonra, yəni 2005-ci ildə sözügedən məktəbi fərqlənmə attestatı ilə bitirib.

2005-2009-cu illərdə İqtisadi bakalavr təhsili alsa da, bunu qənaətbəxş hesab etmədiyindən, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə magistr kimi daxil olub və 2012-ci ildə oranı da Fərqlənmə diplomu ilə bitirib.

Universitetdə oxduğu illərdə bir neçə fərqli şirkətlərdə işləyən Vaqif nəhayət özünü Neft - qaz sahəsində sınamaq qərarına gəlir və demək olar ki, uğurlu karyerasına da məhz orada başlayır. Hal-hazırda Azərbaycan Neft bazarının, habelə dünyada neft-qaz sektorunda öz sözünü demiş aparıcı bir şirkətdə məsul bir vəzifədə öz karyerasını davam etdirməkdədir.

Səyahətləri çox sevir, dünyanın 10-dan çox ölkəsində olub. Ən son getdiyi ölkə bu ilin İyun ayında Nepal olub.

2011-ci ilin 7 Oktyabr tarixində "ORadio.az" - İnternet Radiosunun əsasını qoyub. İlkin dövrlərdə çox kiçik heyətlə işə başlayan sözügedən radio, hal-hazırda Azərbaycan İnternet Məkanında ən çox dinlənən radio olaraq reytinqdə ilk sıradadır. Hər il müxtəlif tədbirlər, konsertlər keçirilir və hələ də yüksək sürətlə uğurları davam etməkdədir. Biz də "Oradio.az" kollektivi olaraq Vaqif Hüseynovu ad günü münasibəti ilə ürəkdən təbrik edir və ona həyatında ən uca nöqtələrə asanlıqla və sürətlə çatmasını arzu edirik. 

 

  

Vaqif Hüseynov

 

 Vaqif Hüseynov

   

Vaqif Hüseynov

   

Vaqif Hüseynov

   

Vaqif Hüseynov

   

Vaqif Hüseynov

   

Vaqif Hüseynov

   

Vaqif Hüseynov

 

 Vaqif Hüseynov

   

Vaqif Hüseynov

Müəllif: Bədəlov Röyal



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla