Kərim Abbasov "Sevəcəyəm"i təqdim etdi

Kerim Abbasov

Yeni işindən Lent.az-a danışan müğənni yaxın zamanlarda bu kompozisiyaya klip çəkdirməyi düşünür.
"Mən bu mahnımı bütün sevənlərə həsr edirəm. Əminəm ki, bu mahnı hitə çevriləcək. Mahnının musiqisi və sözləri Nihada, aranjemanı isə Rübail Əzimova məxsusdur. Bu mahnıya ekran həyatı verməyi də düşünürəm. Klip hazır olan kimi təmtəraqlı təqdimatını kecirəcəm" .
Xatırladaq ki, müğənni yaxın aylarda pərəstişkarlarına albom təqdim etməyi düşünür.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla