Sevdanın konsertindən maraqlı anlar

"Oradio.az"ın sia.az-a istinadən verdiyi məlumata görə verdiyi xəbərə görə, konsertin təşkilatçısı prodüsser Tolik, gecənin aparıcıları isə Zaur Nəbioğlu və Afaq Gəncəli olub. 
Konsert zamanı maraqlı anlar yaşanıb. Sənətçini izləmək üçün sənət dostları da gəlib. Onlar arasında xalq artisti Aygün Kazımova, müğənnilərdən Zamiq Hüseynov, Ayan Babakişiyeva, Xatirə İslam, bəstəkar Hacı Nazim, Ruhi Əliyeva və başqaları olub. 
Xanım Yahyayeva qızılı rəngli libası ilə səhnəyə çıxaraq, Gürcüstandan gələn kişi rəqqasların müşayiəti ilə mahnılarını səsləndirib və konsertinə təşrif buyuranlara öz təşəkkürünü bildirib.
Gecənin özəl qonağı olan Aygün Kazımova "Şəklimi çəkə-çəkə" mahnısını ifa edib. O, Sevdanın geyimlərini bəyəndiyini söyləyib.
Qeyd edək ki, konsertə rəng qatanlar arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də olub. Üzərində "İlhamla İrəli" sözləri yazılmış rəngli köynəklərlə konsertin ab-havasına xüsusi gözəllik qatan gənclər Sevda Yəhyayevanın mahnılarını alqışlarla qarşılayıblar. 

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla