Röyadan sevənlərinə sürpriz

Röyadan sevənlərinə sürpriz

 Azərbaycanın tanınmış və sevilən müğənnisi Röya avqustun 10-da Qəbələdə konsert proqramı ilə çıxış edəcək. Konsertdə onunla birlikdə meyxanaçı Vüqar və DJ Çina da olacaq. Aldığımız məlumata görə hətta Röya öz sevənlərini də Qəbələdə verəcəyi konsertdə görmək istəyib. Bunun üçün Röya pərəstişkarları biletləri 30 AZN-dən əldə edəcəklər və Röya onlar üçün xüsusi avtobus təşkil edərək sevənlərini də Qəbələdəki konsertə aparıb gətirəcək. Qeyd edək ki,konsertin biletlərinin qiyməti 55-110 AZN-dir. Konsertin təşkilatçısı isə tanınmış təşkilatçı Nahid Emiloğludur.
Müəllif: İsrafilova Röya




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla