Ramal Əsədzadə: "Mən bəyəm erotika çəkdirmişəm?"

Show.az-a açıqlamasında müğənni bunları deyib. 
"2 günə 10 minə yaxın baxış sayı olan klipim Youtube kanalından silindi. Məcburən yenisini yerləşdirdik.
Çox adam mənə klipdə açıq-saçıq görüntülər olduğu üçün silindiyini söylədi. Mən bəyəm, erotika çəkdirmişəm? 
Mən sadəcə normal səhnələri olan bir klip təqdim etdim." 
Qeyd edək ki, sözügedən klip Ramal Əsədzadənin yeni yazdığı "Sevə-sevə ayrıldıq" mahnısına çəkilən klipdir.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla