Ramalın avtomobilinə ziyan vurdular

 

"ORadio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, bu haqda xəbəri 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla bağlanan sənətçi özü deyib: 
"Səhər evdən çıxanda gördüyüm mənzərədən dəhşətə gəldim. Avtomobilimin şüşələrini sındırmışdılar. Amma içindən heç nə götürməmişdilər. Sadəcə mərdimazarlıq ediblər. Polisə şikayət etmişəm. Mənə dəyən mənəvi ziyana görə cavab verməlidirlər. Bu cür hərəkət cəzasız qalmamalıdır". 
Ramal bundan sonra yanında cangüdən gəzdirəcəyini bildirib: "İndi yanında cangüdən gəzdirən müğənniləri başa düşürəm. Heç bir tamaşaçı sənətçini bu hərəkətə görə qınamasın. Bundan sonra mən də cangüdənlə gəzəcəm. Ən azından canımı belə insanlardan qorumağı bacaracam".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla