Faiq Ağayev: "Əgər Türkiyə şou-biznesinə can atsaydım ..."

"ORadio.az" Faiq Ağayevin "Axşam.az" saytına verdiyi açıqlamanı sizə təqdim edir, o Azərbaycan telekanallarında klip yayımlanmamağından şikayətlənib:
"Sonuncu klipimi ötən il "Əlvida" mahnısına çəkdim. Hələ uzun müddət klip haqda düşünmürəm. Çünki Azərbaycan efir məkanında klip yayımlanmır. Ekran işini müğənnilər ancaq "Youtube" kanalında paylaşa bilirlər. Bu, həmkarlarımın klip çəkdirməyə həvəsini azaldıb". 
Faiq Ağayev xaricə üz tutan müğənnilərdən də danışıb: 
"Xaricə gedən sənətçilər özlərini digər tərəfdən göstərməyə çalışanlardır. Onların bu addımı təqdirəlayiqdir. Burada çalışdığım insanların işlərini çox bəyənirəm. Ona görə də heç vaxt xaricə gedib orada klip çəkdirməyə, tanınmağa can atmıram. Əgər Türkiyə və ya başqa bir ölkənin şou-biznesinə can atsaydım, çoxdan oraya qatılmışdım". 
İmicini tez-tez dəyişən xalq artisti eksperimentləri sevdiyini bildirib: 
"Görünüşümdə yenilik etməyi imic dəyişikliyi saymıram. Mənim üçün imic ancaq musiqidə ola bilər. Altı ildir ki, ölkənin bir nömrəli modelyer Renat Ramazanovla çalışıram. Onun maraqlı ideyaları var. Hərdən mənim də müdaxilələrim olur. Amma bəzən onun təklif etdiyi formadan o qədər xoşum gəlir ki, olduğu kimi razılaşıram. Yaradıcı iş hər zaman müştərək olmalıdır. Yaxın günlərdə yenə fərqli imicdə görünəcəm"

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla