Keti Perri həmkarlarının saçını pul kisəsində gəzdirir

"ORadio.az" "Axşam.az" saytına istinadən xəbər verir ki, əyləncəli bir gecəyə qatılan Keti nə vaxtsa öz pul kisəsində Teylor Svift və Mayli Sayrusun saçlarını gəzdirdiyini söyləyib. 
Bu barədə rahatlıqla danışan Perri etirafları ilə hər kəsi şok edib: "Qremmi" mükafatlandırma mərasimində Mayli Sayrus və Teylor Sviftlə soyunma otağında idim. Onlardan xahiş etdim ki, mənə saçlarından pay versinlər. Bu inanılmaz və dəhşətli olsa da, mən bunu etdim. Daha sonra hər saçın hissəsini kiçik bantla bağladım və onları öz pul kisəmə qoydum və uzun müddət orada gəzdirdim. Bu mənim kiçik, amma qəribə sirrim idi".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla