Ukraynalı erotik gözəl Bakıya gəlir

Ani Lorak

Tanınmış ukraynalı müğənni Ani Lorak Azərbaycana gəlir. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, müğənni noyabrın 23-də Heydər Əliyev Sarayında çıxış edəcək. 
 Ani Lorak "Eurovision-2008" müsabiqəsində ikinci yeri tutub. O, yalnız "Eurovision"un ən yaxşı artistinə verilən "Artistic Award Eurovision Song Contest" mükafatına layiq görülüb.
Ani çoxsaylı musiqi mükafatlarının sahibi, bir çox beynəlxalq və Ukraynada keçirilən festivalların qalibidir.
İfaçı İngiltərə, ABŞ, Fransa, Almaniya, Macarıstan, Polşa və Türkiyədə çıxış edib. Ani həm də Ukraynanın xalq artistidir.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla