Coli özünü təhlükəyə atmağa hazırlaşır

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng riskini daha da azaltmaq üçün yumurtalıqları kəsilməli olsa da, növbəti dəfə ana olmaq istəyən aktrisa bu əməliyyatı təxirə salır.
Bu haqda Colinin yaxın dostu Marie Miles "InTouch" jurnalına açıqlama verib:
"Fikrimcə, gələcəkdə Coli yenidən ana olmaq istəyir. Ona görə də yumurtalıqlarının kəsilməsini istəmir. Ümid edirəm ki, tezliklə əməliyyat olunar. Əməliyyatı təxirə salması məni qorxudur. Onun gözəl ailəsiylə çox xoşbəxt olmasını istəyirəm". 
Colinin həkimi isə aktrisanın əməliyyatı təxirə salaraq həyatını təhlükəyə atdığını söyləyib.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla