Elton Con həmcinsi ilə rəsmi nikaha girəcək

Bu barədə Amerika teleşoularından birində açıqlama verib. İki oğul valideyni olan cütlük 2005-ci ildən birlikdə yaşamağa başlayıblar. Elton Conun sözlərinə görə, 2014-cü ilin mayında rəsmi olaraq ailə quracaqlar. 
66 yaşlı müğənni çəkinmədən hər kəs qarşısında bunu rəsmiləşdirəcəklərini etiraf edib: "Əgər qanun bizim ailə qurmağımıza kömək edəcəksə,  biz niyə də evlənməyək?! Bu bizim borcumuzdur". O, 30 il əvəl seksual oriyentasıyası ilə bağlı danışmağın çəkindiyini də gizlətməyib.
Cütlüyün 2 oğlu var. Uşağı cütlük üçün surroqat ana dünyaya gətirib. Elton Con qızının olmasını istəsə də, özünü yeni uşaq üçün yaşlı hesab edir. 

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla